Məzmuna keç

Göygöldə 31 yaşlı kişi minaya düşərək öldü

Göygöl rayon sakini rayon ərazisində minaya düşüb.

E-huquq.az-ın məlumatına görə, hadisə rayonun Bənövşəli kəndində baş verib.

Kənd sakini, 1990-cı il təvəllüdlü Ocaqquliyev Ramal Kamal oğlu kəndin otlaq sahəsində heyvan otararkən minaya düşərək həlak olub.

Faktla bağlı araşdırma aparılır.