Bakı metrosunda gənc oğlan müvazinətini itirərək qatar yoluna düşüb.
E-huquq.az-ın xəbərinə görə, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, hadisə bu gün saat 19:06 radələrində Ulduz stansiyasında baş verib.
Həmin vaxt xətt üzrə "Dərnəgül"-"Həzi Aslanov" istiqamətində hərəkət edən qatar stansiyaya daxil olub. Dərhal qatar dayandırılıb və sərnişin – 22 yaşlı Şahlar Həsənov qatar yolundan çıxarılaraq təcili tibbi yardım stansiyasına təhvil verilib.
