Məzmuna keç

Cəlilabadda ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

E-huquq.az xəbər verir ki, hadisə Qarazəncir kəndində qeydə alınıb.

"VAZ-2107" markalı minik avtomobilinin yol təmiri təyinatlı “Kon” markalı avtomobilinə çırpılması nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report