Qobustan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, hadisə bu gün Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonundan keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində “Hyundai” markalı avtomobil dərəyə aşıb. Yaralıların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
