Qusarda Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın oldu


  • 11 Avqust 2022 23:34

Qusarda Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın olub.

Bu barədə e-huquq.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Rayonun Şirvanlı kəndində bələdiyyəyə aid ərazidə 3 ha biçilmiş taxıl sahəsi və Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 2 ha sahədə quru ot və qurumuş ağac kötükləri yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər