Məzmuna keç

Zaqatalada ev yandı

Zaqatalada ev yanıb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayonun Əliabad kəndində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.