Məzmuna keç

FHN Biləsuvardakı partlayışla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə Bilasuvarda yaşayış binasında ilkin ehtimala görə qaz sızması nəticəsində partlayışın olduğu barədə məlumat daxil olub.

Bu barədə e-huquq.az-a FHN-dən bildirilib.

Məlumata əsasən, hazırda FHN qüvvələri hadisə yerinə cəlb edilib.

Müəyyən edilib ki, partlayış binanın sonuncu mərtəbəsində baş verib, nəticədə binanın damı uçub.