Məzmuna keç

“Azəriqaz” abonentlərə müraciət etdi

"Bəzən məluamatsızlıq, kiçik məsuliyətsizlik böyük partlayışa səbəb ola bilir".

E-huquq.az xəbər verir ki, bu sözləri "Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bu gün keçirilən “Açıq qapı" aksiyasında deyib.

O bildirib ki, şübhəli hallarda çağrı mərkəzinə dərhal məlumat verilməlidir: “Əksəriyyətimiz günün müəyyən saatları evdə olmuruq. Ona görə də də evdə olmadığımız müddətdə qaz cihazlarını nəzarətsiz qoymaq olmaz. Evə daxil olan zaman qaz iyini yoxlamadan işığı yandırmaq tövsiyə edilmir. Əgər şübhəli məqam varsa, 104 Çağrı mərkəzinə məlumat verilməlidir”.

“Son dövrlərdə baş verən partlayış hadisələrinin 99 faizi məhz bu səbəbdən baş verir”, – deyə şöbə rəisi qeyd edib.

Şəbnəm Mehdizadə