Türkiyənin Bursa şəhərində şagirdləri daşıyan avtobus aşıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində 3 nəfər həyatını itirib, 44 nəfər yaralanıb. Bursa valisi Yakup Canbolat bildirib ki, Çanaqqala səfərindən Ankaraya qayıdan şagirdlərin olduğu avtobus sürücünün idarəetməni itirməsi nəticəsində baryerə çırpılıb.
Hadisə yerinə dərhal polis əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım işçiləri cəlb olunub.
Faktla bağlı araşdırma başlayıb.
Şəbnəm Mehdizadə
