Paytaxtın Xəzər rayonunda əqli geriliyi olan şəxs polis əməkdaşlarına xəsarət yetirib
Bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev e-huquq.az-a bildirib ki, valideynlərinin müraciəti əsasında polis əməkdaşları əqli geriliyi olan H.Ağayevin aqressiv hərəkətlərilə ictimai təhlükə yaratmasının qarşısını alarkən
şəxs iki polis əməkdaşına yüngül xəsarət yetirib.
H. Ağayev polis əməkdaşları tərəfindən qeydiyyatda olduğu ruhi əsəb dispanserinə yerləşdirilib.
***
22.12
Bakının Xəzər rayonunda ruhi əsəb xəstəsi 2 polisə xəsarət yetirib.
E-huquq.az APA-ya istinadən xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində baş verib.
Belə ki, ruhi əsəb xəstəsi olan şəxs evinə gələn Xəzər Rayon Polis İdarəsinin Çevik Polis Alayının əməkdaşları R.Y və Y.X-ya bıçaq xəsarətləri yetirib. Bundan başqa, ruhi əsəb xəstəsi qohumu, 1966-ci il təvəllüdlü Ağayev Vidadi Hüseynağa oğluna da bıçaq xəsarəti yetirib. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Fakt araşdırılır.
