Məzmuna keç

Bahar Muradova: “Sumqayıtda 7 yaşlı uşağın idman zalında ölməsi ilə bağlı məsələ bizim nəzarətimizdədir”

“Sumqayıtda 7 yaşlı uşağın idman zalında ölməsi ilə bağlı məsələ bizim nəzarətimizdədir”.

E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

"Biz dərhal öz səlahiyyətlərimiz çərçivəsində bu məsələ ilə məşğul olduq. Aidiyyəti qurumlar müvafiq işləri aparırlar. Oradakı bəzi məqamlarla bağlı fikir söyləyə bilmərik. Heç söylənilməsi də məqsədəuyğun deyil. Ümumiyyətlə isə bu, qəbuledilməz və ağlasığmaz hərəkətdir. Düşünürəm ki, uşaqlara xidmət göstərilən bütün sahələrdə müvafiq monitorinqlərin aparılması, müvafiq standartların müəyyənləşdirilməsi işini təşkil etməliyik. Hazırda bu işlə məşğuluq", – Komitə sədri bildirib.

Şəbnəm Mehdizadə