Bakı sakini külli miqdarda heroinlə saxlanıldı


  • 25 May 09:39

Bakıda heroin alverçisi saxlanılıb.

E-huquq.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Şəhər sakini Niyazov Cavid Azər oğlu paytaxtın Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 41/47 ünvanının qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinə gətirilib, üzərində axtarış aparılan zaman üzərindən 205,032 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Nəsimi RPİ-də CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq edilir.

Oxşar xəbərlər