Qəbələdə mikroavtobusla minik avtomobili toqquşdu, 15 nəfər xəsarət aldı


  • 26 May 2023 14:19

Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “103” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb edilib.

Bu barədə e-huquq.az-a TƏBİB-dən məlumat verilib.

Hadisə nəticəsində xəsarət alan 15 nəfər TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda vəziyyəti ağır olan 3 nəfərin müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində, vəziyyətləri orta ağır qiymətləndirilən 12 nəfərin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər