İstanbulda məktəbdə partlayış: 5 şagird yaralanıb


  • 30 May 2023 16:38

Türkiyənin İstabul şəhərində orta məktəbdə patlayış olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Küçükçekmece rayonunda yerləşən özəl məktəblərin birində qeydə alınıbb. Belə ki, məktəbin laboratoriyasında dərs zamanı sınaq üçün istifadə olunan şüşə slinder partlayıb.

Partlayış nəticəsində 5 şagird yüngül yanıq xəsarətləri alıb.

Yaralı uşaqlar təcili yardımla xəstəxanaya aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər