Məzmuna keç

Lökbatanda qətl hadisəsi baş verdi

Lökbatanda qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən e-huquq.az-a bildirilib ki, iyunun 24-də saat 23:50 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində 1997-ci təvəllüdlü Hudulov Həsən Məhəmməd oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcək.