Məzmuna keç

Naxçıvanda ev yandı

Naxçıvan Muxtar Respublikasında ev yanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Şərur rayonunun Düdəngə kəndində ümumi sahəsi 255 m² olan birmərtəbəli fərdi evin yanar konstruksiyaları 11 m² sahədə yanıb.

"Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", – deyə qeyd olunub.