Məzmuna keç

Şəmkir su anbarında batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi –

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şəmkir su anbarında 1 nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

FHN-dən e-huquq.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1993-cü il təvəllüdlü Nəsibov Əli Vaqif oğlu “Şəmkir” dalğıc-axtarış qurupunun dalğıcları tərəfindən xilas edilib.