Məzmuna keç

Tərtərdə mina partlayışı olub, xəsarət alan var

Noyabrın 3-ü saat 01 radələrində Tərtər rayonunun Borsunlu kəndi ərazisində mina partlaması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə e-huquq.az-a Tərtər rayon prokurorluğundan məlumat verilib.

Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Əli Ağalarov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası xəsarəti alıb.

Hazırda vəziyyəti orta-ağır olub, müalicəsi xəstəxanada davam etdirilir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.