Məzmuna keç

Zəngilanda qəza oldu: Ölən və xəsarət alanlar var –

Zəngilanda ölümlə nəticələn ağır yol qəzası baş verib.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Ağalı kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mitsubishi" markalı minik avtomobili ilə qoşqulu "Kamaz" markalı yük maşını toqquşub.

Qəza zamanı minik avtomobilinin sərnişinlərindən biri hadisə yerində ölüb, 4 nəfər isə xəsarət alıb. Xəsarət alanlar minik avtomobilinin sürücüsü Emin İbarahimov və sərnişinlər – Natiq Bayramov, Vüsal İsmayılzadə və Təbriz adlı şəxslərdir.

Qeyd edək ki qəza düşənlər işğaldan azad edilən ərazidə fəaliyyət göstərən şirkətlərin birinin əməkdaşlarıdır.

Faktla bağlı araşdırma aparılır.

***

17.45

Zəngilan yolunda avtomobil qəzası olub, ölən və xəsarət alanlar var.

E-huquq.az xəbər verir ki, "UAZ" markal avtomobilin aşması nəticəsində 1 nəfər dünyasını dəyişib, daha 4 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.