Məzmuna keç

Astarada tibb bacısı evində qətlə yetirildi –

Noyabrın 10-da saat 16 radələrində Astara rayonunun Kakalos kənd sakini, 1946-cı il təvəllüdlü Məmmədova Zeynəb Əziz qızının qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə e-huquq.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

***

17.26

Astara rayonun Kakalos kəndində qətl hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, təqaüddə olan tibb bacısı Zeynəb Məmmədova evində qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.