Məzmuna keç

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, olay Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Abdullu kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “VAZ 2107” markalı minik avtomobili yol kənarında dayanmış “Qazel” markalı yük avtomobilinə çırpılıb. Nəticədə Cəlilabad rayon sakini 1997-ci il təvəllüdlü Musayev Fərid və 1956-ci il təvəllüdlü Bəşirov Ədalət ağır xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.