Şirvanda avtomobil aşaraq yanıb, sürücü ölüb - YENİLƏNİB


  • 15 Yanvar 2024 22:18

Şirvan şəhərində yol-qəza hadisəsi nəticəsində “Volkswagen” markalı minik avtomobilində yanğın baş verib.

Bu barədə e-huquq.az-a FHN-dən bildirilib.

Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

21.01

Bu gün saat 20 radələrində Hacıqabul-Horadiz yolunun 6-cı kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan e-huquq.az-a bildirilib ki, Sabirabad rayon sakini, sürücü Davud Məmmədov idarə etdiyi "Volkswagen" markalı avtomobili idarəetməni itirərək aşırıb.

Nəticədə o hadisə yerində həyatını itirib.

Araşdırma aparılır.

Oxşar xəbərlər