Tərtərdə intihar hadisəsi olub.
E-huquq.az xəbər verir ki, hadisə rayonun Qaynaq kəndində qeydə alınıb.
Belə ki, kənd sakini – 1991-ci il təvəllüdlü Bəhmənli Pərvanə Sovet qızı yaşadığı evdə intihar edib. Onun 3 övladı var.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
