Gəncədə məktəbli bıçaqlandı


  • 2 May 22:33

Gəncədə məktəblini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, keçirilmiş tədbirlərlə R. İbrahimova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxsin 2007-ci il təvəllüdlü S. İsayev olması müəyyən edilib.

Şübhəli şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.

Xatırladaq ki, hadisə məktəbdən kənar, saat 15:00 radələrində baş verib.

Oxşar xəbərlər