Bakıda avtomobil 74 yaşlı piyadanı vuraraq öldürüb


  • 4 May 10:18

Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az-ın verdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1952-ci il təvəllüdlü Famil Məmmədovun idarə etdiyi "Toyota Land Cruiser Prado LC 150” minik markalı avtomobillə yolu keçən piyada 1950-
ci il təvəllüdlü Həsənağa Bayramovu vurub.

Yaralı aldığı bədən xəsarətlərindən Təcili tibbi yardım avtomobilində ölüb.

Faktla bağlı Yasamal rayonu Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) cinayət işi
başlanmaqla istintaq aparılır.

Orxan Rasifoğlu

Oxşar xəbərlər