Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı


  • 4 May 11:44

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan e-huquq.az-a verilən məlumata görə, tədbirlərlə rayon sakinləri - əvvəllər dəfələrlə məhkum olunmuş Cavid Ələkbərov və Rauf Şərifov saxlanılıb. Onlardan narkotik vasitə olan heroin aşkar edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər