Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edildi - YENİLƏNDİ


  • 4 May 18:38

Mayın 4-də paytaxtın Sabunçu rayonunda 1974-cü il təvəllüdlü Roman Əsgərovun almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Aparılmış istintaqla 1966-cı il təvəllüdlü Rəşid Babayevin mayın 3-də rayonun Maştağa qəsəbəsi ərazisində Roman Əsgərova kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin istintaqı aparılır. R.Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***

14.59

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən e-huquq.az-a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əsgərovu qətlə yetirməkdə şübhəli bilinən 1966-cı il təvəllüdlü Maştağa qəsəbəsi sakini narkotiklərlə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş Rəşid Babayev saxlanılıb.

Araşdırılmalar davam etdirilir.

Oxşar xəbərlər