Bakıda 28 yaşlı qadın qətlə yetirildi - YENİLƏNDİ


  • 5 May 17:28

Mayın 5-də paytaxtın Sabunçu rayonu ərazisində 2002-ci il təvəllüdlü Ayşən Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə e-huquq.az-a Sabunçu rayon prokurorluğunun məlumat verilib.

Qeyd olunub ki, araşdırmalarla 1996-cı il təvəllüdlü Nurəddin Məmmədovun rayonun Ramana qəsəbəsi ərazisində arvadı Ayşən Məmmədovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Nurəddin Məmmədov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

16.31

Bakıda 28 yaşlı qadın qətlə yetirilib.

DİN-in mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, hadisə bu gün saat 15:30 radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, 1996-cı il təvəllüdlü Məmmədova Ayşən Namaz qızı boğularaq qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən onun həyat yoldaşı 1996-cı il təvəllüdlü Məmmədov Nurəddin Mehbalı oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Oxşar xəbərlər