Məzmuna keç

Bakıda 66 yaşlı Rusiya vətəndaşının meyiti tapılıb

Bakıda 66 yaşlı Rusiya vətəndaşının meyiti tapılıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı Güman İbadullayev yaşadığı Buzovna qəsəbəsində yerləşən evin həyətində olan turnikdən boynundan iplə asılı vəziyyətdə olan
meyiti aşkar edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Orxan Rasifoğlu