Bakıda ağır qəza: ölən və yaralanan var


  • 6 May 09:22

Bakıda iki piyadanın vurulması və birinin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə baş verib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, Cavad Ələkbərovun idarə etdiyi "Kia" markalı avtomobillə hərəkətdə olarkən piyada hərəkət edən 1961-ci il təvəllüdlü Gülarə Əfəndiyeva və 1959-cu il təvəllüdlü Kəmalə Bağırovanı vurub.

Gülarə Əfəndiyeva aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb, Kəmalə Bağırovanın müalicəsi isə həmin xəstəxanada davam etdirilir.

Faktla bağlı Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Orxan Rasifoğlu

Oxşar xəbərlər