Bakıda ağır qəza olub, ölən var


  • 7 May 09:12

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az-ın məlumatına görə hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, Adil Əliyevin idarə etdiyi "UAZ"
markalı avtomobillə Nizami rayonu ərazisində hərəkətdə olarkən "Altun Saray" restoranının qarşısında yol kənarında dayanmış "Mercedes Benz E270" markalı avtomobilə çırpılıb.

Nəticədə həmin avtomobildə taksi fəaliyyəti ilə məşğul olan sürücü Asif İsmayılov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Orxan Rasifoğlu

Oxşar xəbərlər