Bakıda "Toyoto Prius" piyadanı vuraraq öldürdü


  • 7 May 09:16

Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az-ın məlumatın görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, Orxan Həsənovun idarə etdiyi "Toyoto Prius" markalı avtomobillə Binəqədi rayonu ərazisində hərəkətdə olan zaman yolu sağdan sola qarşı tərəfə keçən piyada Xoşqədəm Həsənovanı vurub.
Piyada aldığı bədən xəsarətlərindən yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Orxan Rasifoğlu

Oxşar xəbərlər