Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatdı - YENİLƏNDİ


  • 8 May 00:15

Zaqatalada dönərdən zəhərlənənlərin sayı artıb.

E-huquq.az xəbər verir ki, axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin sayı 40-a çatıb.

Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir.

***

2024.05.07, 22.57

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 25 nəfəri keçib.

E-huquq.az xəbər verir ki, bu gün axşam saatlarından başlayaraq qidadan zəhərlənmə şübhəsi ilə 25 nəfərdən artıq şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəstələrin vəziyyəti orta ağır, huşları aydındır. Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir.

***

22.48

Zaqatalada baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Bu barədə e-huquq.az-a Agentlikdən bildirilib.

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

***

22.01

Bu gün saat 17:40-dan başlayaraq qidadan zəhərlənmə şübhəsilə 5-i uşaq olmaqla 15 nəfər (10 qadın cinsli, 5 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.

Bu barədə e-huquq.az-a TƏBİB-dən məlumat verilib.

"Xəstələrin vəziyyəti orta ağır, huşları aydındır. Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir", - məlumatda qeyd olunub.

***

20.47

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.

E-huquq.az xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub.

Zəhərlənənlər arasında tələbələr də var. Belə ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala RMX-a müraciət ediblər.

Faktla bağlı müvaviq qrumlar tərəfindən araşdırmalara başlanılıb.

Oxşar xəbərlər