Yasamalda 73 yaşlı kişinin intiharı ilə bağlı araşdırma aparılır


  • 8 May 09:50

Yasamalda 73 yaşlı kişi intihar edib.

E-huquq.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi, ev 52 ünvanında qeydə alınıb.

Belə ki, 1951-ci il təvəllüdlü Məhərrəm Məhərrəmov yaşadığı evin həyətyanı sahəsinin döşəməsindən 3 metr hündürlükdə olan dəmir boruya bərkitdiyi elektrik naqili ilə özünü asaraq intihar edib.

İkin ehtimallara görə, o, son zamanlar uzun müddətdir maddi imkansızlıqdan əziyyət çəkməsi səbəbindən özünə qapanmışdı.

Faktla bağlı araşdırma aparılır.

Orxan Rasifoğlu

Oxşar xəbərlər