Ağcabədidə iki avtomobil toqquşub, ölən var


  • 10 May 09:52

Ağcabədidə iki avtomobil toqquşub, ölən var.

E-huquq.az-ln verdiyi məlumata görə, hadisə Ağcabədi-Ağdam avtomobil yolunun Ağcabədi şəhəri Hindarx qəsəbəsinin mərkəzindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Mirzəyev Emil Sahib oğluna məxsus “VAZ-21011” markalı avtomobillə 1940-cı il təvəllüdlü Quliyev Türbəndə Talış oğluna məxsus “VAZ-2106” markalı avtomobil toqquşub.

Nəticədə Türbəndə Quliyev aldığı xəsarətlərdən müalicə aldığı Ağcabədi rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Orxan Rasifoğlu

Oxşar xəbərlər