Abşeronda polis əməliyyat keçirib.
E-huquq.az-ın məlumatına görə, İsmayıl İbrahimov Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin və DİN-in ƏÇPA-nın əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb.
O, Abşeron RPİ-nin Saray polis bölməsinin inzibati binasına gətirilərək orada üzərinə keçirilən şəxsi axtarış zamanı ondan 1 bükümdə 2,247 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Abşeron RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb.
Orxan Rasifoğlu
