Məzmuna keç

Bakıda kafedə bıçaqlanma olub

Paytaxt sakini kafedə kürəyindən bıçaqlanıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.

Belə ki, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən "Antalya" adlı kafenin salonunda Həbib Qaçayev aralarında yaranan mübahisə zamanı qəsdən yumruqla Şirxan Hüseynovun çənə nahiyyəsindən və silah qismində kafedə masanın üzərindən götürdüyü bıçaqla onun sol kürək nahiyəsindən bir ədəd vurmaqla daxilə nüfuz edən bədən xəsarətləri yetirib.

Həbib Qaçayev şübhəli şəxs qismində tutulub.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb .

Orxan Rasifoğlu