Biləsuvarda ağır yol qəzası baş verib, ölən və yaralananlar var


  • 16 May 2024 09:30

Biləsuvarda ağır yol qəzası baş verib.

E-huquq.az-ın məlumatına görə, hadisə Biləsuvar rayonu, Ağayrı ərazisindən keçən 9-cu kilometrliyində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Eldar Həsənovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Biləsuvar-Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun kənarında dayanan 1984-cü il təvəllüdlü Şamil Səfiyevə məxsus "FORD Transit" markalı avtomobilǝ vurub.

Nəticədə avtomobildə olan sərnişinlərdən 4 nəfəri, 1996-cı il təvəllüdlü Gözəlbəyli İlhan İlham oğlu, 1988-ci il təvəllüdlü Talıbov Şahin Mehman oğlu, 1969-cu il təvəllüdlü Həsənov Azər Xanlar oğlu və 1961-ci il təvəllüdlü Nuriyev Zülfüqar Becan oğlu müxtəlif bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Digər bir sərnişin isə 1965-ci il təvəllüdlü Səmədov Xaləddin Nağdı oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılır.

Orxan Rasifoğlu

Oxşar xəbərlər