Sumqayıtda avtomobil velosipedçini vuraraq öldürüb.
E-huquq.az-ın məlumatına görə, hadisə şəhərin Zülfi Hacıyev küçəsində üzü Ü.HAcıbəyov küçəsi istiqamətində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Yaqubov Sənanın idarə etdiyi "VAZ 21723" markalı avtomobillə hərəkətdə olan zaman qəfildən yolu sağdan sola keçən velosipedçi 1950-ci il təvəllüdü Cəfərov Həmidi vurub.
Yaralı aldığı bədən xəsarətləri ilə hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılır.
Orxan Rasifoğlu
