"Kamaz"la "Prius" toqquşub, ölən və yaralananlar var


  • 18 May 2024 10:13

"Kamaz"la "Prius" toqquşub, ölən və yaralananlar var.

E-huquq.az-ın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, Lökbatan-Xocasən yolunun 2,5-ci kilometrliyində 1954-cü il təvəllüdlü Qasımov Firidunun idarə etdiyi "Kamaz-5320" markalı, furqon tipli yük avtomobili ilə dairəyə Xocasən qəsəbəsi istiqamətinə dönmək üçün daxil olan zaman həmin yolda, Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olan 1982-ci il təvəllüdlü Qubadzadə Anarın idarə etdiyi "Toyota-Prius" markalı yük avtomobili ilə toqquşub.

Nəticədə "Toyota-Prius" markalı avtomobilin sürücüsü A.Qubadzadə, həmin avtomobildə olan sərnişinlər Qəhrəmanov Rahil, Ağayev Fərhad və Rəhmətov
Məmməd almış olduqları xəsarətlərlə bağlı xəstəxanaya yerləşdiriliblər .

Həmin avtomobildə olan sərnişin 1988-ci il təvəllüdlü Qəhrəmanov Namiq isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və orda da ölüb.

Fakta görə Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Orxan Rasifoğlu

Oxşar xəbərlər