Ucar sakini Göyçayda ehtiyatsızlıqdan yıxılaraq ölüb.
E-huquq.az-ın məlumatına görə, hadisə rayonun Müskürlü kəndində qeydə alınıb.
Belə ki, uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkən 1985-ci il təvəllüdlü Beydullayev Rauf yətin qarşısında arxın kənarını otdan təmizləyərkən qəflətən vəziyyəti pisləşmiş və yerə yıxılaraq ölüb.
Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.
Orxan Rasifoğlu
