Məzmuna keç

Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb –

Gəncəçayda çayda batan yeniyetmənin meyiti tapılıb.

E-huquq.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Murad Allahverdiyevin meyiti aparılan axtarışlar nəticəsində Gəncəçayın Göygöl rayonundan keçən hissəsində aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

***

00:51

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncəçayın Gəncə şəhəri, Gülüstan yaşayış massivi ərazisindən keçən hissəsində 1 nəfər yeniyetmənin batması barədə ilkin məlumat daxil olub.

Bu barədə e-huquq.az-a FHN-dən məlumat verilib.

Bidirilib ki, dərhal hadisə yerinə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən 2010-cu il təvəllüdlü Allahverdiyev Murad Yasin oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirlərinə başlanılıb.

Əlavə məlumat veriləcək.

***

Gəncə şəhər sakini, 2010-cu il təvəllüdlü Murad Allahverdiyevin Gəncəçayda boğulduğu bildirilir.

E-huquq.az xəbər verir ki, yeniyetmənin yaxınları bu gün onun itkin düşdüyü barədə polisə məlumat veriblər.

Faktla bağlı araşdırma aparılır.