İmişli şəhərində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, İmişli şəhərində ümumi sahəsi 99 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
