Çaya düşən uşağın 1 gün sonra meyiti tapılıb.
E-huquq.az-ın məlumatına görə, mayın 18-də 2010-cu il təvəllüdlü Allahverdiyev Murad tanışları ilə birlikdə Göygöl rayonu Üçtəpə kəndinə getmək məqsədilə kəndin ərazisindən keçən Gəncəçay çayından keçmək istəyən zaman axının güclü olması ilə əlaqədar çaya yıxılaraq gözdən itib.
1 gün sonra Murad Allahverdiyevin meyiti sonuncunun yaxın qohumları tərəfindən Gəncəçay çayının Gəncə şəhəri Totanlı qəsəbəsinin ərazisindən keçən hissəsində aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Orxan Rasifoğlu
