Məzmuna keç

Ucarda qəzada xəsarət alan piyada 11 gün sonra xəstəxanada ölüb

Ucarda qəzada xəsarət alan piyada 11 gün sonra xəstəxanada ölüb.

E-huquq.az-ın məlumatına görə, mayın 10-u 1988-ci il təvəllüdlü Əsgərov Devran idarə etdiyi avtomobillə Ucar şəhəri, Oğuz küçəsi ərazisində yolu keçən piyada 1973-cü il təvəllüdlü Məmmədov Qorxmaz Əli oğlunu vurub. Piyada aldığı xəsarətlərdən, Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Lakin o, mayın 21-i aldığı bədən xəsarətlərindən həmin xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Orxan Rasifoğlu