Bakıda kişinin binadan yıxılaraq ölməsi ilə bağlı araşdırma aparılır


  • 24 May 09:56

Bakıda oğlan 6-cı mərtəbədən yıxılaraq ölüb.

E-huquq.az-ın məlumatına görə hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, İsmaylov Rasim yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzilin eyvanından yıxılaraq bədən xəsarəti alıb.

O, müalicə olunması üçün Sabunçu Tibb Mərkəzinə yerləşdirilməsinə baxmayaraq xəstəxanada ölüb.

Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.

Orxan Rasifoğlu

Oxşar xəbərlər