- 24 Aprel 18:43
Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
E-huquq.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Orucov Yaftum idarə etdiyi "VAZ 2107” markalı avtomobillə Türkan qəsəbəsi, Ağaxan Abdullayev küçəsi ilə üzü Xəzər rayonu Zirə qəsəbəsi istiqamətində hərəkətdə olan zaman piyada 1966-cı il təvəllüdlü Ağayeva Akifǝni vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Orxan Rasifoğlu