Bakıda ağır qəza: ölən var


  • 29 May 09:13

Bakıda qadın sürücü piyadanı vuraraq öldürüb.

E-huquq.az-ın verdiyi məlumata görə hadisə paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Həsənova Səadətin idarə etdiyi "Mercedes" markalı avtomobil ilə Buzovna-Bakı şossesi istiqamətində hərəkətdə olarkən 1982-ci il təvəllüdlü piyada Əliyeva Səadəti vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Faktla bağlı Xəzər RPİ-nin İŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

Orxan Rasifoğlu

Oxşar xəbərlər