Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində Bakı şəhərinin Səbail rayonunda dənizə yaxın açıq ərazidə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
E-huquq.az FHN-ə istinadən xəbər verir ki hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
***
17.26
Səbail rayonunda dənizə yaxın açıq ərazidə yanğın başlayıb.
Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda dənizə yaxın açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
