Məzmuna keç

“Koroğlu” metrostansiyasında halı pisləşən sərnişin öldü

Qatardan düşərək "Koroğlu" stansiyasını tərk edən kişi sərnişin özünü pis etdiyindən yuxarı vestibüldə əməkdaşa yaxınlaşıb.

Bu barədə e-huquq.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Dərhal təcili tibbi yardım xidməti çağırılıb. Zahiri görkəminə görə 45-50 yaşı olduğu təxmin edilən sərnişin az sonra dünyasını dəyişib. Stansiyaya gəlmiş tibbi yardım personalı ölüm faktını təsdiq edib.